Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir

Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir


Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.
Artıq böyük qürurla,açıq deyərdim ki, qətiyyətlə əldə olunan ümummilli Zəfərin qazanılmasında qəhrəman Azərbaycan əsgər və zabitlərinin böyük rolu danılmazdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Saatlı 15 saylı ƏPT-nın sədri Vüqar Məmmədov səsləndirib. Vüqar Məmmədov bildirib ki, ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaqdır:

"Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır.Ölkəmiz bu hədəflərə çatmaq üçün bundan sonrada Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atacaqdır. Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistanı tam kapitulyasiyaya məcbur edərək tarixi ədaləti və ərazi bütövlüyünü təmin etdi.Bu Şanlı Zəfərimizdə bütün dünya azərbaycanlılarının hər-biri üçün qürur mənbəyinə çevrildi".

Anar
Xəbəri paylaş