Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəstəlik Azərbaycanda oyunların təxirə salınmasına səbəb oldu

Xəstəlik Azərbaycanda oyunların təxirə salınmasına səbəb oldu


UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.

Newscenter.az-ın Azərbaycan Voleybol Federasiyasına istinadən verdiyi xəbərə görə, müraciətdə bildirilir ki, komandanın 8 oyunçusu qrip və yüksək hərarətdən əziyyət çəkir. "Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də "Murov" klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun".

Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi "Murov" - "UNEC" qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Beləliklə, yanvarın 13-də yalnız "Azərreyl" - "Abşeron" qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.

Oruc
Xəbəri paylaş