Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ZƏFƏRLƏR bizi gələcəyə böyük ümidlərlə addımlamağımıza zəmin yaradır

ZƏFƏRLƏR bizi gələcəyə böyük ümidlərlə addımlamağımıza zəmin yaradır


İdman siyasəti bu sahədə qarşıya qoyulan məqsədlərin reallaşmasında, ölkəmizdə idmanın inkişafında özünü təsdiqləyib. Aparılan araşdırmalar və mövcud statistika da bunu deməyə əsas verir. Beynəlxalq idman yarışlarında əldə olunan medalların sayı, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi, idmanın kütləviləşməsi istiqamətində kompleks tədbirlər bu inkişafın əsasını təşkil edir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov səsləndirib. Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında bir sıra məqamlara toxundu:

"Cənab Prezident ötən ili Azərbaycan idmanı üçün uğurlu ölduğunu, qazanılan uğurların bir daha Azərbaycanın idman ölkəsi olduğunu və mövqeyinin dünya arenasında ildən-ilə möhkəmləndiyini bildirdi. Ölkə başçısı idman uğurlarımızı qeyd etməklə yanaşı xüsusi olaraq qarşıda duran vəzifələrə toxunub. Bu vəzifələrin reallaşması idman sahəsində davamlı uğurlara zəmin yaradır. Bunun üçün Tarixi Zəfərimizdən sonra azad edilmiş torpaqlarda çox böyük rəmzi məna daşıyan beynəlxalq idman yarışlarının davam etdirilməsi əsas prioritetlərdəndir. Eyni zamanda onu da qeyd edək ki, Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Ağdamın məşhur "İmarət" stadionu yenidən qurulması, eləcə də böyük Olimpiya İdman Kompleksi yaradılması nəzərdə tutulur: “İdmanın kütləviliyi ilə bağlı təbliğat bölgələrdə daha geniş vüsət almalıdır. Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də bölgələrdə idman canlandırılması və yarışların keçirilməsidir. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərinin parklarında açıq havada idmanla məşğul olmaq üçün şəraitin yaradılması, trenajorların quraşdırılması təcrübəsi bütün bölgələrə aparılmalı, orada tətbiq edilməlidir. Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olmalıdırlar”.

Millət vəkili qeyd edib ki, həyata keçirilən işlərin davamlılığını təmin etmək üçün gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir:

“Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsindən yararlanaraq yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlamalı və bu, daimi proses olmalıdır. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi”.

Millət vəkili onu da vurğulayıb ki, Yay Olimpiya Oyunlarında idman tariximizə yeni qələbələr yazdırmaq və öz gücümüzü təsdiq etmək üçün kompleks iş görülməlidir:

“2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”.

İltizam Yusifov sonda onu da qeyd edib ki, idman arenasında, cəbhədə, siyasət masasında qazanılan ZƏFƏRLƏR bizi gələcəyə böyük ümidlərlə addımlamağımıza zəmin yaradır:

"Həyata keçirilən idman siyasəti özündə milli vətənpərvərlik, sağlam gələcəyi ehtiva edir. Qazanılan hər bir Zəfər bizim qürur mənbəyimizdir. Bayrağımızın ən uca zirvələrdə dalğalanması, idman arenalarında himnimizin səsləndirilməsi davamlı olacaq. Hər birimiz buna inanır və idmanın kütləviləşməsi, gənc nəsilin idmandan səmərəli yararlanması üçün əlimizdən gələni etməliyik".

Anar
Xəbəri paylaş