Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT köhnəlib və yenidən formalaşmalıdır-VAQİF ABDULLAYEV YAZIR

BMT köhnəlib və yenidən formalaşmalıdır-VAQİF ABDULLAYEV YAZIR


Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində dünyada baş verən geosiyasi proseslərə olduqca müdrikcəsinə və düşündürücü məntiqlə cavab verməklə bir daha Planetar təfəkkürlü Lider olduğunu təsdiqlədi. Cənab Prezident təkcə Azərbaycanı deyil, bütün dünya ictimaiyyətini narahat edən qlobal problemlərdən danışaraq həm də həlli yollarını göstərdi.

Cənab İlham Əliyev qeyd etdi ki, indi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, bu müharibə Birinci və İkinci Dünya müharibələrindən fərqlənir.

Təəssüf ki, əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək, insan həyatı və hüquqlarını müdafiə etmək olan BMT baş verənlərə sakit tərzdə və əksər hallarda qeyri-obyektiv mövqe sərgiləyir. Biz bunun BMT-nin ötən 30 ildə Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul etdiyi qətnamələri icra etməməsi fonunda şahidiyik.

BMT vaxtilə yarananda bütün üzv ölkələrə eyni münasibət və yanaşma göstərəciyini, beynəlxalq sülhü və təhlükəsizliyi qoruyacağını, insanların ölüm və fəlakətinə səbəb olan dağıdıcı müharibə və münaqişlərin qarşısını alacağını öz hüquq və məsuliyyəti elan edib, ancaq sonrakı illərdə öz öhdəlik və Nizamnaməsinə əməl etmədi. Xüsusilə də Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvü tərəfindən müxtəlif dövlətlərə qarşı ayrı-seçkilik, ədalətsizlik adi hala çevrildi.

BMT öz tarixində güclü siyasi liderlərin, nüfuzlu dövlət başçılarının tribunası olub. Bu mötəbər kürsüdən Çörçill, Nelson Mandela, Con Kennedi, Ronald Reyqan, Helmut Kol, Fidel Kastro, Marqaret Tetçer, Heydər Əliyev kimi nəhəng siyasətçilər çıxış edərək qlobal problemlərin həlli yolarını müzakirə ediblər.

İndi bu gün BMT-nin masalarında Makron kimi qeyri-ciddi və sərsəm şəxslərin müraciətləri müzakirə edilir, Baş Assambleyada ayrı-seçkilik hökm sürür, keçirilən iclaslar və qaldırılan məsələlər siyasi maraqlara söykənir, biz sözlə BMT proseslərə səmərəsiz yanaşma ilə öz nüfuz və reputasiyasına zərər verir.

Biz ötən illərdə olduğu kimi 44 günlük Vətən müharibəsi dövründə və hazırda Qarabağda təbii sərvətlərimizin Ermənistan tərəfindən qeyri-qanuni istismarına qarşı etiraz aksiyası keçirən Azərbaycanlı fəalların bu tədbirinə BMT səviyyəsində bəzi aparıcı dövlətlərin saxtakar və ədalətsiz mövqeyini müşahidə etməkdəyik.

Xüsusilə də Fransa açıq-aşkar anti-Türk siyasəti yürütməklə bu təşkilatın nüfuzuna xələl gətirməkdə, hörmətdən salmaqdadır.

BMT ötən əsr yaranıb və hazırda dünyada beynəlxalq vəziyyət dəyişib, beynəlxalq əməkdaşlıq, beynəlxalq inam sarsılıb, çoxtərəflilik itib. Cənab İlham Əliyevin haqlı olaraq bəyan etdiyi kimi, aradan 80 il keçib, bu qurumda da dəyişiklik günün əsas tələbidir.

Bu gün dünyada 7 milyard əhalinin 2 milyard nəfərə yaxını müsəlmandır, 50-dən çox islam ölkəsi var. Ancaq TŞ-də bir islam ölkəsinin üzvü yoxdur. Ona görə də bu təsisatda müsəlman ölkəsi üçün ayrılmalı, Təhlükəsizlik Şurasında yeni üzvlər yer almalıdır.

İlham Əliyevin vurğuladığı kimi İslam Əməkdaşlıq Təşkilatı bunu müəyyən etməlidir. Bundan başqa, dünyada BMT-dən sonra ən böyük təşkilat Qoşulmama Hərəkatıdır, bu qurumun də bir üzvünün TŞ-də yer alması vacibdir.

Cənab İlham Əliyevin böyük müdrik və uzaqgörənliklə ifadə etdiyi indiki şəraitdə bunu təkcə biz yox, bir çox ölkələr israrla deyirlər.

Eyni zamanda, bu gün regionun güc mərkəzlərindən biri olan qardaş Türkiyənin Lideri Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi dünya beşdən böyükdür.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş