Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə başçısının müsahibəsi azərbaycançılığın təsdiqidir

Ölkə başçısının müsahibəsi azərbaycançılığın təsdiqidir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları həmişə ictimaiyyətin diqqətini cəlb edir. Gerçəkliyin ifadəsi olan hər çıxış həm də Azərbaycanın xarici siyasətinin konturlarını müəyyənləşdirir. Yerli televiziya kanallarına müsahibəsində ölkə başçısı Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharbəsində qazanılan Zəfərdən, bu Zəfərdən sonra dünya dövlətlərinin Azərbaycana münasibətinin daha da səmimiləşməsindən söz açaraq dedi: Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı”.

Real televiziyasının əməkdaşının Zəngəzurla bağlı sualı ölkə ictimaiyyətini maraqlandıran, Azərbaycanın xarici siyasətini də əhatələyən mühüm bir məsələ ilə bağlı idi. Cənab Prezident bu sualı cavablayarkən dedi: “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da icmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq”.

Laçın-Xankəndi yolunda keçirilən aksiyanın mahiyyətini dünyanın bəzi dövlətləri hələ də öz adı ilə tanımaq istəmir. Ölkə başçısının bu sualla bağlı dediklərinin də dünya ictimaiyyətini düşündürəcəyinə əminik: Bu faktlar günün gerçəklikləridir və bu gerçəkliyi dünya ictimaiyyəti real faktlar kimi qəbul edəcəkdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycan gerçəkliklərini dünya ictimaiyyətinə bir daha, həm də əhatəliliklə çatdırdı. Bu da azərbaycançılığın təsdiqidir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş