"Palmali Holding" şirkətinin prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun təlimatına əsasən, "Palmali" donanmasına daxil olan bütün gəmilərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xatirə guşələri təşkil olunacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı sözügedən şirkət yayıb. Məlumatda qeyd edilir:
Bildiyiniz kimi, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2023-cü il – “Heydər Əliyev” ili elan edilib.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizlə yanaşı, müasir Azərbaycanın banisi, ölkəmiz inkişafı üçün müstəsna xidmətləri olan dahi liderin xatirəsini əziz tutmaq bizim üçün şərəfdir.
Fəaliyyətinin bütün dövrlərində Heydər Əliyev canından əziz bildiyi doğma vətəninin və xalqının mənafelərini daim müdafiə etmiş, respublikamızın inkişafı üçün böyük işlər həyata keçirmişdir. "Palmali" ailəsi olaraq biz Ümummilli Liderin Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü misilsiz xidmətləri daim xatırlayır və vurğulayırıq. Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı, Ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretləri bütün gəmilərimizi bəzəyir.
Bundan başqa, şirkətin sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün “Heydər Əliyev” təqaüdü təsis edilib. Türkiyənin müxtəlif ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün bunun güclü stimul olacağına əminik. Təqaüd, təhsilində yüksək nəticə əldə etmiş tələbələrə veriləcək. Bu, eyni zamanda, Mübariz Gurbanoğlu Yardımlaşma Vakfının dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına məktəbdə təhsil alan azərbaycanlı şagirdlərə də aiddir.
Biz fəxr edirik ki, biz AZƏRBAYCANLIYIQ.
Anar