Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır

Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır


Ölkəmizdə idmanın inkişafı ardıcıl xarakter daşıyır.Gənc nəsil yeniləndikcə,gənclərimiz yaşlıları əvəz etdikcə dəyişir, lakin əldə olunan uğurlar sabit qalır. Görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Artıq tam əmin olaraq bildirirəm ki, ölkəmizdə yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir.

Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır. Əslində son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir.Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyət daşıyacaqdır. Bildiyimiz kimi İdman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olur.Doğrudanda bu gün görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır.İdmançılarımız həyatda və cəmiyyətdə, özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.İdmana,idmançılara diqqət olan yerdə, qayğı olan yerdə,nəticələr də olacaq.

Sözümün sonunda bir daha xüsusi vurğulamaq istəyirəm ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir.Bu Prezident İlham Əliyevin yürütdüyü sağlam siyasət sayəsində ölkəmiz olan Azərbaycanda da belədir.Beləliklə sağlam həyat tərzinin təbliğ edilməsi Azərbaycanda çox önəmlidir!

Bütün idmançılarımıza kimliyimiz olan bayrağımızı daima ucaltmağda uğurlar arzu edirəm !

Vüqar MƏMMƏDOV
Yeni Azərbaycan Partiyası Saatlı 15 saylı ƏPT-nın
sədri
Xəbəri paylaş