Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycana gəlib

ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycana gəlib


ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.

Newscenter.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, o, Bakıda səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi və siyasi və digər tərəfdaşları ilə görüşəcək.

Məlumata görə, M.Kemeron keçirəcəyi görüşlərdə rəsmi Vaşinqtonun Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qaldığı mesajını çatdıracaq, tərəflər arasında olan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğunu vurğulayacaq.

Qeyd edək ki, M.Kemeron Gürcüstanda, həmçinin Türkiyənin Adana və Ankara şəhərlərində xidmət edib.

Mehman
Xəbəri paylaş