Bakıda körpə ana südü qəbul edərkən ölüb.
Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 13-də paytaxt ərazisində yerləşən 1 saylı Uşaq Reabilitasiya Mərkəzində qeydə alınıb.
Belə ki, Şəki rayon sakini, 2022-ci il təvəllüdlü M.Leylimov ana südü qəbul edərkən asfiksiyadan (boğulma) keçinib.
Faktla bağlı araşdırma aparılır.