Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlarımız İstanbula gedir

Deputatlarımız İstanbula gedir


Yanvarın 17-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) daimi komitəsinin və reqlament üzrə işçi qrupunun iclasları keçiriləcək.

Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatları - QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev tədbirlərdə iştirak etmək üçün yanvarın 16-da Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

İclaslarda qurumun nizamnamə sənədlərində dəyişikliklər və parlament məclisinin 30 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.

Deputatların səfəri yanvarın 18-də başa çatacaq.

Arzu
Xəbəri paylaş