Gəncə sakinlərində odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, ŞBPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Məmmədov şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “SPŞ” markalı siqnal tapançasından kustar üsulla hazırlanmış odlu silah və 1 ədəd boş giliz aşkar edilərək götürülüb.
Baş İdarənin 3-cü Polis Bölməsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.
Şəhər sakini, əvvəllər məhkum olunmuş Elmar həsənovun yaşadığı evə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd 2 lüləli, qundağı və lüləsi kəsilmiş, 16 kalibrli ov tüfəngi aşklarınıb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Mehman