Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbdən Azərbaycana edilən müraciətlərin sayı artır

Qərbdən Azərbaycana edilən müraciətlərin sayı artır


Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət də müzakirə olunub. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur. Mənim fikrimcə aksiya davam etdiyi müddətdə Qərbdən Azərbaycana bu cür müraciətlərin sayının artdığını müşahidə edəcəyik.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Fransa Prezidenti Emanuel Makron tərəfindən Azərbaycan Prezidentinə telefon zəngləri olmuş və Laçın dəhlizindəki vəziyyət müzakirə edilmişdir:

"Bütün bu cəhdlər onu göstərir ki, Qərb ölkələri və institutları Laçın koridorunda keçirilən aksiya ilə bağlı hələ ki, diplomatik zənglər və qərb QHT-lərinin bəyənatları ilə kifayətlənirlər. Lakin görünən odur ki, vəziyyət bir qədər də uzanarsa, Avropa İttifaqı və ABŞ Azərbaycana təzyiqləri artıra bilər. Görünən odur ki, Nikol Paşinyandan daha çox bu prosesdə dünya erməniliyi və erməni diasporu böyük fəallıq nümayiş etdirir. Əlbəttə ki, Azərbaycan Prezidenti və ictimaiyyəti Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı Azərbaycana unvanlanmış müraciətləri və çağırışları məharətlə dəf etməkdədir".

Vüqar Əhmədov hesab edir ki, istər sosial mediada və sosial şəbəkələrin xarici seqmentində Azərbaycanlı fəallar ermənilərin uydurma blokada məsələsi ilə bağlı arqumentli cavablar ortaya qoyurlar:

"Digər tərəfdən bütün bu zənglər və çağırışlar Azərbaycana imkan verir ki, yenidən bərpa olunma ehtimalı olunan Qərb platformasındakı Ermənistan-Azərbaycan danışıqlarında öz şərtlərini daha geniş şəkildə diktə edə bilsin. Ehtimal oluna bilər ki, Fransa, Avropa İttifaqı danışıqlarından kənara çəkilərsə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında danışıqlar yenidən bərpa olunsun. Hər halda görunən odur ki, Avropa İttifaqı bu istiqamətdə səylərini artırmağa çalışır".

Mehman
Xəbəri paylaş