ABŞ və Qərbin şirnikləndirici vədlərinə inanan və ona qarşılıq verməyə çalışan Ermənistan və nə qədər gülünc olsa da, əzəli və əbədi Azərbaycan torpaqlarında hələ də sülənən, qondarma “Sarsax respublikası” yaratdıqlarını iddia edən bir ovuc seperatçı, qaniçən, insanlıqdan uzaq olan törtöküntülər öz mənfur, çrkin hərəkətlərindən əl çəkmək, 44 günlük Vətən müharibəsinin nəticələrindən ibrət almaq istəmirlər.
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Əliyev səsləndirib. Onun sözlərinə görə, bu bədbəxtlər hələ də başa düşmək istəmirlər ki, ABŞ və Fransa başda olmaqla türk düşməni olan Qərbin bəzi dövlətlərinin ermənilərə verdikləri vədlər, özlərinin Cənubi Qafqazda heç vaxt reallaşmayacaq (!) mənafelərinin qorunması məqsədini daşıyır:
"Qərbin, eləcə də Rusiyanın, antiazərbaycan, antitürk mövqe sərgilədiklərini əsas götürən və onların verdikləri vədlərə ümid edən, sayı vur-tut 20-25 min olan (!) seperatçı-quldur erməni törtöküntüləri regionumuzda real söz sahibinin Azərbaycan olduğunu unudurlar, yenicə yumurtadan çıxan cücə qədər gücləri olmadığı halda ölkəmizə qarşı xoruzlanırlar, Azərbaycanı yeni müharibə ilə hədələyirlər! Azərbaycanın Ermənistanla hələ də dəqiqləşməyən sərhədlərində Ermənistanın, eləcə də Rusiya “bədməramlılarının” müvəqqəti yerləşdiyi ərazilərdə sülənən seperatçıların vaxtaşırı təxribatlarının əsas məqsədinin regionumuza BMT-nin mandatı altında sülhməramlıların, heç olmasa hansısa müşahidəçilərin gətirilməsi, bu baş verməsə, rus “bədməramlılarının” regionda qalma müddətinin uzadılması olduğu hər kəsə gün kimi aydındır".
Partiya sədri deyib ki, prezident İlham Əliyev yanvarın 10-da yerli tele-jurnalistlərə verdiyi son müsahibəsində gözləri kor, qulaqları kar olan, heç bir gücləri, imkanları olmadıqları halda mövcud reallıqları qəbul etmək istəməyən seperatçıları diplomatik dildə buna ümid etməməyə çağırdı:
"Prezident qəti şəkildə bildirdi ki, “Ermənistan dərk etməlidir ki, təxribatların heç bir nəticəsi olmayacaq...Rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır..Rusiya sülhməramlılarının regionda qalma müddəti 2025-ci ildə bitir...Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünə qəsd kimi sayılmalıdır”. Xankəndində sürünən quzğunlar və onların havadarları-bunu son xəbərdarlıq kimi qəbul edin və vaxt itirmədən torpaqlarımızdan rədd olun!
“Dəmir yumruq” qarşısında müm kimi əzilən rəzil ermənilər, “qardaş yumruğuna” tab gətirəcəynizimi sanırsınız?".
Mehman