Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatçıların Araik Arutunyandan və Ruben Vardanyandan narazılığı var

Separatçıların Araik Arutunyandan və Ruben Vardanyandan narazılığı var


Qarabağ separatçıları müxtəlif ölkələrə və təşkilatlara «Qarabağ ermənilərinin vəziyyəti ağırdır, bizə kömək edin” bağırarkən, separatçıların “parlamentinin sədri” Artur Tovmasyan Qarabağda növbədənkənar “prezident və parlament seçkilərinin” keçirilməsini təklif edib.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Artur Tovmasyan bunu bölgədə yararan böhranla əlaqələndirib:

"Belə çıxır ki, yaranan böhranı separatçıların liderləri fərqli şəkildə görürlər. Ararik Arutunyan və Ruben Vardanyan beynəlxalq aləmin Azərbaycana təzyiq etməsini istəyərkən, bunlardan biri “seçki keçirək” təklifi ilə əslində problemin öz aralarında olduğuna eyham vurub. Çünki, növbədənkənar seçkini o zaman tələb edirlər ki, idarə edənlərdən narazılıq var".

Politoloq daha sonra bunları qeyd edib:

"Görünür, separatçıların “parlamentinin sədrinin” Araik Arutunyandan və Ruben Vardanyandan narazılığı var ki, onların yerinə iddialıdır. Keçmişdə Robert Köçəryanla sıx əlaqəsi olan Artur Tovmasyanın separatçıların “Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasanyanın istefaya göndərilməsindən də narazıdır. Görəsən Artur Tovmasyanın Nikol Paşinyandan, Araik Arutunyandan və ya Ruben Vardanyandan fərqi nədir ki, “parlamentin sədri” onların çarəsiz qaldıqları durumu separatçıların xeyrinə dəyişəcəyini düşünür? Bir balaca düşüncəsi olan Qarabağ ermənisi bu gün nə Araik Arutunyanın, nə də Ruben Vardanyanın yerində olmaq istəyər. Düşüncə də qalmayıb".

Mehman
Xəbəri paylaş