Qarabağ separatçıları dünyanın diqqətini özlərinə cəlb etmək üçün növbəti hiyləgər addıma əl atıblar.
Newscenter.az hərbi ekspert Ədalət Verdiyevə istinadən xəbər verir ki, yanvarən 20-dən etibarən burada ərzaq talonla satılacaq:
"Ermənilərə xoşbəxt gələcək vəd edən Ruben Vardanyan israfçılığın qarşısını almaq üçün ərzaq məhsullarının talon ilə satışına qərar verib. Belə ki, yanvarın 20-dən etibarən Qarabağdakı ermənilər qəndi, şəkəri, qarabaşağı və makaron məhsullarını talonla, 2 həftə üçün adam başına 0.5 kq olaraq əldə edəcəklər".
Vardanyanın bu qərarı ona hesablanıb ki, dünyanın diqqəti Xankəndi-Laçın yolunda ekoloji terrora qarşı keçirilən dinc aksiyaya yönəlsin və bu aksiya səbəbindən Qarabağ ermənilərinin ciddi ərzaq qıtlığından əziyyət çəkdikləri görüntüsü yaransın. Ancaq reallıq ondan ibarətdir ki, hər gün sözügedən yolla sülhməramlıların müşayəti altında onlarla ərzaq dolu avtomobil maneəsiz olaraq hərəkət edir.