Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belə davam etsə, növbə Ermənistanındır

Belə davam etsə, növbə Ermənistanındır


Laçın yolunun azərbaycanlı aktivistlər tərəfindən güya blokadaya alınması haqqında erməni uydurmalarının fiaskoya uğramasına baxmayaraq, bu mənfur məxluqlar ölkəmizə qarşı qarayaxmalardan əl çəkmək istəmirlər.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Təkamül Partiyasının sədri Teyyub Əliyev çıxış edib. O bildirib ki, Azərbaycan türklərini öz doğma yurdlarından didərkin salaraq, etnik təmizləməyə məruz qoyaraq türk düşmənlərinin səyi ilə əzəli və əbədi Azərbaycan torpaqlarında Ermənistan adlanan bədnam "dövlət" yaratmaları bəs deyilmiş kimi, Qarabağda da ikinci "erməni dövlətini", bədnam, qondarma "Sarsax respublikasını" qondarmağa cəhd göstəriblər və bu cəhdləri davam etdirirlər:

"Bu sarsaxlar başa düşmək istəmirlər ki, qondardıqları "Sarsax respublikası" ardıq mövcud deyil, gorbagor olub və onu dirçətmək əsla mümükün deyil. Nə qədər gec deyil olmayan ağlınızı boş beyninizə yığın, ya Azərbaycan vətəndaşlığını qəbul edib adam olmağa cəhd edin, ya da Qarabağdan rədd olub gedin! Unutmayın, belə davam etsəniz növbə Ermənistandır".

Mehman
Xəbəri paylaş