Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birləşmiş Ərəb Əmirliyi Azərbaycan üçün ciddi tərəfdaşlardan birinə çevrilib

Birləşmiş Ərəb Əmirliyi Azərbaycan üçün ciddi tərəfdaşlardan birinə çevrilib


Multivektoral siyasət Azərbaycanın xarici iqtisadi münasibətlərində son dönəmlər özünü daha qabarıq biruzə verir. Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri xarici iqtisadi siyasətdə bu yanaşmanın aydın müşahidə edildiyi növbəti səfərlərdən biridir.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliyi Azərbaycan üçün son 8 ildir ki, ciddi tərəfdaşlardan birinə çevrilib:

"Azərbaycan ciddi həcmdə alternativ enerji istehsalına ilk olaraq investisiya yatıran 2 ölkədən biri oldu. Belə ki, hələ ötən ilin martında BƏƏ-nın “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi. Hansı ki, bu invesrisiya layihəsinin dəyəri 225 milyon ABŞ dollarından çoxdur. İndiyə qədər isə BƏƏ-nin bizim ölkəmizə yatırdığı 2,5 milyard ətrafında bir investisiya həcmi var ki, bu da bizim onlara yatırdığımız investisyadan 6-7 dəfə çoxdur".

İqtisadçı qeyd edib ki, ümumilikdə isə bu ölkələrin bir-birinə verdiyi fayda baxımında hazırda BƏƏ Azərbaycan üçün daha faydalı hesab edilə bilər:

"Rusiya-Ukrayna müharibəsi səbəbindən Azərbaycanın ixracında ciddi problemlərin yaranması sirr deyil. Hətta yarıbayarı azalan ixrac məhsullarımız da var. Odur ki, hazır ki məqamda həm ölkəyə investisiya cəlbi, həm yeni ixrac bazarı, həm xarici turist potensialı, həm iqtisadi zonalar üzrə təcrübə məsələləri və s. kimi bir sıra istiqamətlərdə bu ölkə bizim üçün potensial tərəfdaşdır".

Anar
Xəbəri paylaş