Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı verib.

Newscenter.az xəbər verir ki, Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndiyini bildirən dövlətimizin başçısı onun adının sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunduğunu qeyd edib.

“Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir. Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Vaxtanq Kikabidzenin Azərbaycanın böyük dostu olduğunu bildirən dövlətimizin başçısı onun yaradıcılığının xalqımız tərəfindən hər zaman sevildiyini, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənildiyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə də mühüm töhfələr vermiş görkəmli sənətkarın əziz xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib.

Sevinc
Xəbəri paylaş