Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 29 nəfərə yüksəlib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqramda bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 73 nəfər yaralanıb. Onlardan 30-u xəstəxanadadır, 12-sinin vəziyyəti ağırdır. V.Rezniçenko 40-dan çox sakinin hələ də itkin hesab edildiyini vurğulayıb.
Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini qeyd edib.