Azərbaycanın Ermənistandan torpaq tələb etməsinin heç bir qeyri-adi tərəfi yoxdur. Tarixi Azərbaycan torpaqları faktları öz yerində olmaqla, dünya ictimaiyyətinin bu istəyə qarşı heç bir kontur arqumenti yoxdur.
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Ermənistan da Azərbaycandan torpaq istəyir, hətta dünyanın gözü önündə Azərbaycan torpaqlarını işğal etmişdi:
"Dünya ictimaiyyəti isə buna qarşı heç bir tədbir görməmişdi. Ona görə də dünya gücləri narahatdır ki, Azərbaycan istədiyini edəcək və onlar da buna səs çıxara bilməyəcəklər, çünki heç bir əsasları olmayacaq. Azərbaycan bu baxımdan rahatdır, bu yönlü istədiyi bəyanatı verir. Zəngəzur dəhlizinin istənilən halda açılacağını əminliklə qeyd edir".
Azər Qasımov qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin hüquqi statusunu artıq "10 noyabr" 2020-ci il müqaviləsi ilə müəyyən edib:
"Bu əlaqə yoluna maneəsiz və müddətsiz gediş-gəliş imkanı verməklə dəhliz hüquqi statusu qazandırıb. Bu dəhlizin artıq hansı yolla açılmasından asılı olmayaraq o, hüquqi statusa malikdir, heç bir qanunsuz tərəfi yoxdur. Beynəlxalq yükdaşımalar da daxil, bütün növ tranzit istifadəsi və Naxçıvanla kommunikasiya vasitələrinin çəkilməsi üçün də açıqdır. Ermənistan buna müqaviləyə imza atmaqla razılıq bildirib. Azərbaycanın müstəsna hüququdur ki, bu dəhlizdən istədiyi kimi istifadə etsin. Beynəlxalq ictimaiyyət əgər "10noyabr" müqaviləsini və onun nəticələrini qəbul edibsə, Zəngəzur dəhlizinin hansı yolla açılmasından asılı olmayaraq onun varlığını da qəbul etməməyə əsası yoxdur".
Mehman