Bakıda yaşayış kompleksində liftin şaxtasına düşmüş kişi 5 gün sonra ölüb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi 6B ünvanında inşa olunan “Dream Tower” yaşayış kompleksində çalışan 55 yaşlı Xankişiyev Arazxan Tərxan oğlu yanvarın 14-də liftin şaxtasına düşüb və ağır xəsarətlər alıb.
O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Xankişiyev vəfat edib.
Faktla bağl araşdırma aparılır.