Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bələdiyyə sədrləri özlərini ağa kimi aparır-TAHİR RZAYEV

Bələdiyyə sədrləri özlərini ağa kimi aparır-TAHİR RZAYEV


"Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bələdiyyələrlə bağlı onlara çoxsaylı müraciətlər var: "Bələdiyyə sədrləri qanunvericiliyi bilmir. Torpağın icarə haqqını 10 qat artırırlar. İcarədarlar da şikayət edirlər".

Deputat bildirib ki, bələdiyyə sədrləri vətəndaşdan nəsə umur: "Belə olanda bələdiyyələrin işi getməyəcək. Misal olaraq, təmsil etdiyim Ağcabədidə bələdiyyə 400 min manata yaxın torpaq vergisi yığa bilər. Amma bunu edə bilmir, hətta bələdiyyə üzvlərinə əməkhaqqı verə bilmir. Onların vətəndaşlarla heç bir münasibəti yoxdur. Belə olan halda vətəndaş bələdiyyəyə necə etimad göstərə bilər? Təbii ki, bu etimad olmayacaq. Bu, gündən-günə azalır. Bəzi ağıllı bələdiyyələr var ki, müəyyən mehmanxanalarla əməkdaşlıq edib ödəniş ala bilirlər".

Mehman
Xəbəri paylaş