2022-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barrel olub.
Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, bunun 548 min barrelini xam neft, 120 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 34-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.
Sevinc