Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mikroskop medianın mikroskopla belə görünməyən yalanı

Mikroskop medianın mikroskopla belə görünməyən yalanı


"Mikroskop media "Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? başlıqlı araşdırma-məqalə dərc edib. Məqalədə deyilir ki, Laçın koridorunda təxminən 40 günə yaxın davam edən aksiya Azərbaycan hökuməti tərəfindən təşkil edilir və orada iştirak edən QHT-lərin iştirakını monitorinq edərək adları tutuşdurub belə qənaətə gəliblər ki, bu QHT-lər ekoloji yönümlü QHT-lər deyil, dövlətdən aldıqları qrantların mövzusunun ətraf mühitlə bir bağlılığı yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov səsləndirib. Vüqar Əhmədov daha sonra qeyd edib:

"Bu aksiyanın birbaşa iştirakçısı olaraq demək istəyirəm ki, məsələnin bu cür qoyulması kökündən yanlışdır. Çünki burada söhbət tək ətraf mühitdən deyil, vətəndaş mövqeyindən gedir. Fəaliyyət sahəsindən aslı olmayaraq milli məsələlərdə bütün QHT-lər vətəndaş mövqeyini bildirmək haqqına sahibdir. Bu gün əksər QHT-lərin fəaliyyət istiqamətləri ətraf mühitin qorunması və şəffaflıq məsələləri ilə bu və ya digər formada kəsişir, Azərbaycan QHT-ləri də məhz Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə faydalı qazıntı yataqlarının istismarını dayandırmaq üçün öz etirazlarını bildirirlər. Yəni ətraf mühitlə məşqul olmayan QHT və ya hansısa fərdin torpaqlarımızın və sərvətlərimizin talan edilməsinə etiraz etməyə haqqı çatmır kimi yanaşma ortaya qoymaq absurd bir yanaşmadır".

Təşkilat sədri deyib ki, ikinci məsələ Azərbaycan hökumətindən maliyyələşən QHT-lərin bu aksiyalarda iştirakına toxunulur:

"Lakin məqalədəki araşdırmaçı burada sui istifadəyə yol verib. Qrant alan QHT-lər konkret hansısa mövzu və fəaliyyət istiqaməti üzrə maliyyələşib fəaliyyət həyata keçiriblər. Heç kəs onların Azərbaycanın milli maraqları, erməni vandallığı ilə bağlı etiraz etmək hüququnu məhdudlaşdıra bilməz. Ağılları rəngli inqilablar dövründə maydanlarda çadır qurub Soros pulu paylayan etiraz aksiyalarına getməsin, burada bir nəfər belə deyə bilməz ki, Laçın yolunda keçirilən aksiyada iştirak etmək üçün hansısa QHT-yə pul verilib. Azərbaycan QHT-ləri bu aksiyada məhz öz vətən anlayışından çıxış edərək iştirak edirlər".

Göründüyü kimi Mikroskop media özündən mikroskopla belə görünməyən yalan uyduraraq Xankəndi-Laçın yolunda keçirilən dinc aksiyaya kölgə salmağa çalışıb.

Anar
Xəbəri paylaş