Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il paytaxtda 134 nəfər piyadanı avtomobil vuraraq öldürüb

Ötən il paytaxtda 134 nəfər piyadanı avtomobil vuraraq öldürüb


Ötən il Bakıda 269 piyadanı avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib.

Newscenter.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, 153 piyada xəsarət alıb: “Ötən illə müqayisədə paytaxtda piyada vurma 41 fakt azalıb”.

A.Əsgərli bildirib ki, Bakıda ötən il motosikletlərin iştirakı ilə 4 hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Moped sürücüləri isə 14 hadisə törədib. Nəticədə 1 nəfər ölüb və 14 nəfər xəsarət alıb.

Velosipedlə törədilən 4 qəzada isə 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb.

DYP rəsmisi söyləyib ki, bu göstəricilər ötən illərlə müqayisədə kəskin azalıb.
Xəbəri paylaş