Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Hidayət Yəhyayev saxlanılıb .
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq H.Yəhyayevin yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 220 qram heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mehman