“Yeni Qanun siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq, onların nüfuzunun daha da yüksəlməsinə ciddi təsir edəcək. Şübhəsiz ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi səciyyələndirilə bilər. Layihə hazırlanarkən 24 ölkənin, o cümlədən Avropa ölkələrinin də təcrübəsi öyrənilib. Yeni qanun siyasi partiyaların fəaliyyəti üçün əlavə stimul olacaq və onlar arasında sağlam rəqabət mühiti yaranacaqdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan hər yeni təcrübənin tətbiqində maraqlı olduğunu atdığı addımlarla təsdiqləyir: “Son zamanlar, ölkəmizdə həyata keçirilən davamlı və sistemli islahatlar nəticəsində bütün sahələrdə yüksək inkişaf göstəriciləri müşahidə olunur. Azərbaycan Respublikası iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Bu, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin nümayişidir. Son 19 ildən artıq dövrdə Ümumilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin demokratik islahatlar sahəsində atdığı addımlar davamlılığı ilə diqqətdədir. İqtisadi və siyasi islahatların paralelliyi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. İndiyə qədər “Siyasi partiyalar” haqqında qanuna bir neçə dəfə dəyişikliklər edilib, amma bu dəyişikliklər yetərli olmayıb. Ona görə də partiya təmsilçiləri Milli Məclisdə təkliflərlə çıxış edərək, qanunun yenidən işlənməsinin vacibliyini önə çəkirdilər. Nəhayət, belə bir zaman yetişdi, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin rəhbərliyinə müraciət edərək yeni qanunun hazırlanmasının vacibliyini qeyd etdilər və aparılan müzakirələrdən sonra yeni qanun layihəsi qüvvəyə mindi.
Bu, həm Milli Məclisdə təmsil olunan, həm də təmsil olunmayan siyasi partiyaların demokratik siyasi mühitdə daha rentabelli fəaliyyətlərinə yol açmış oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanun, ölkəmizdə siyasi mühitdə və qanunvericilik sahəsində həyata keçirilən islahatlara bariz nümunədir. Bir məsələni də qeyd edək ki, dövlət siyasi partiyaların Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, onların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməsidə qanunda öz əksini tapıb”.
Anar