Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlarımız AŞPA-nın sessiyasında iştirak edəcək

Deputatlarımız AŞPA-nın sessiyasında iştirak edəcək


Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Sabir Hacıyev, Könül Nurullayeva, Asim Mollazadə, Fazil Mustafa, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə AŞPA-nın növbəti sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, sessiyada Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlər, silahlı münaqişələrin ətraf mühitə təsiri, münaqişə ilə əlaqəli cinsi zorakılıq, AŞPA-nın monitorinq prosedurları kimi məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Arzu
Xəbəri paylaş