Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Piyadalar qaydaları kobud şəkildə pozurlar

Piyadalar qaydaları kobud şəkildə pozurlar


Piyadalarla bağlı vəziyyət getdikcə pisləşir. Ümumi hadisələrin fonunda piyadaların vurulması halları çoxalıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, şəhərlərdə piyadavurma hallarının qarşısını almaq üçün maarifləndirmə aparılmalıdır:

"Piyadalar qaydaları kobud şəkildə pozurlar. Piyadalar keçiddən istifadə etmirlər. Bu səbəbdəndə piyadavurma hallarında hər zaman sürücü günahkar deyil".

Hüquqşünas hesab edir ki, istintaq orqanlarının yanaşması dəyişməlidir:

"Günah piyadada olsa da, sürücüləri cəzalandırırlar".

Anar
Xəbəri paylaş