Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya çətin situasiya ilə üzləşib

Rusiya çətin situasiya ilə üzləşib


"Ukraynaya hərbi müdaxilə etməklə beynəlxalq müstəvidə qınaq obyektinə çevrilən Rusiya, müharibədən dolayı çox çətin situasiya ilə üzləşib".

Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, dünyanın ikinci super ordusu kimi qəbul edilən rus ordusu hərbi əməliyyatlar başlayandan bəri çox ciddi insan və hərbi texnika itkisinə məruz qalıb:

"Ötən il hərbi əməliyyatlarda iştirak üçün 300 min vətəndaşını orduya cəlb edən Kreml rəhbərliyi, daha 500 min şəxsi əhatə edəcək səfərbərlik etmək niyyətindədir. Moskvanın atacağı bu addımın nə qədər uğurlu olacağı sual altındadır. Çünki səfərbərliyin birinci mərhələsi gözləntilərin əksinə olaraq o qədər də uğurlu alınmadı. Həmçinin rus xalqı da Ukraynada aparılan müharibədə iştirak etməkdə maraqlı deyil".

AVP rəsmisinin sözlərinə görə, Kremlin xüsusi əməliyyatlar kimi adlandırdığı Ukrayna müharibəsinin gedişatına nəzər yetirdikdə görürük ki, səfərbərliklə cəlb edilən şəxslər belə hərbi əməliyyatların gedişatına ciddi təsir edə bilmədi:

"Bunu bir neçə faktorla izah etmək olar. Birincisi, Rusiya ordusu cox köhnəlmiş və müasir müharibənin tələblərinə uyğun olmayan hərbi taktikalar ilə əməliyyatlar icra edir.

İkincisi isə Ukrayna ordusunun peşəkarlıq səviyyəsinin qarşı tərəfdən üstün olması və qərbin Ukraynanı kəsintisiz şəkildə kəşfiyyat məlumatları ilə təmin etməsi. Həmçinin bilindiyi üzrə Ukraynalı hərbiçilər müharibədən öncə və müharibə zamanı bir sıra Avropa ölkələrində xüsusi təlimlərə cəlb olundu və bu amil də özlüyündə müharibənin gedişatına təsirsiz ötüşmədi".

Pərviz Mirizadə deyib ki, Qərbin Kiyevə olunan hərbi yardımların həcmini artırması Rusiyanı ciddi şəkildə tədirgin edir:

"Artıq yüksək vəzifəli rus siyasilərin dilindən "müharibə də məğlub olacağımız təqdirdə, məğlub olsaq əgər" kimi ifadələrin tez -tez işlədildiyinin şahidi oluruq. Həmçinin Rusiya müdafiə nazirliyini binasının damına Pantsir S 1 HHM sistemlərinin yerləşdirilməsi və Moskvaya əlavə S 400 HHM sistemlərinin gətirilməsi, gedişatın Rusiyanın lehinə olmadığına işarədir".

Mehman
Xəbəri paylaş