Son zamanlar müxtəlif beynəlxalq dairələrin Laçın yolu ilə bağlı bəyanatları və atdıqları addımlar Cənubi Qafqazın mərkəzi dövləti Azərbaycanı haqq yolundan çəkindirməyəcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib. O bildirib ki. Laçın dəhlizindən heç bir mina, silahlar keçirilməyəcək:
"Həmin dairələr nəyi təklif edirlər? Azərbaycanın öz ərazisində terrorçulara silahların göndərilməsinə göz yummasını, onların minaları yerləşdirmələrinə imkan verməsini? Absurd qətnamələrin qəbul edilməsi həmin təşkilatları gözdən salır".
Politoloq qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq əsasında ərazi bütövlüyünün təmin edilməsi və suverenlik prinsiplərinin təcəssüm etdirilməsi üçün addımlarını atmaqdadır:
"Separatçılar əmin olsunlar ki, vəziyyət bu cür davam edərsə başlarına dəmir yumruq bir daha dəyəcək".
Anar