Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Newscenter.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 5 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bundan başqa Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
NEWSCENTER.AZ