Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atletlərimiz Xizək alpinizmi üzrə Dünya Kuboku yarışında iştirak ediblər

Atletlərimiz Xizək alpinizmi üzrə Dünya Kuboku yarışında iştirak ediblər


Yanvarın 22-də Azərbaycanı Xizək alpinizmi idman növü üzrə təmsil edən idmançılarımız Andorra Knyazlığında baş tutan Dünya Kubokunda iştirak ediblər.

Newscenter.az Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, 2 gün davam edən Dünya Kubokunda xizək alpinizminin fərdi və şaquli növü üzrə 120 idmançısı mübarizə aparıb.

Yerli idmançılarımızın ilk dəfə qatıldığı beynəlxalq yarışıda atletlərimiz Nəsir Fərhadov, Elbrus Əzizov və Nəzrin Qəribova yarışın şaquli yürüş növündə fərdi bacarıqlarını nümayiş etdiriblər.

Həmçinin idmançılarımız Ramin Beybutov və Şəbnəm Mirzəyeva Dünya Kuboku çərçivəsində yeni idmançılar üçün nəzərdə tutulan açıq yürüşdə iştirak edərək təcrübələrini artırıblar.

Yarışda atletlərimizə dəstək olaraq Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və Azərbaycan Respublikasının İspaniya Krallığı və Anddora Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov da iştirak ediblər.

Oruc
Xəbəri paylaş