Dünyada hər hansı bir terror hadisəsi baş verəndə İslam dünyasın ittiham edirlər. Bütün dünyada islamofobiya artmaqda davam edir. Budur illərdir İslama qarşı çıxış edənlər müqəddəs kitab Qurani Kərimi yandırırlar. Vərəqlərini cırırlar. Səlib yürüşləri, islam dünyasına qarşı hücumlar əsrlərdir davam edir. Mən İslam dünyasında hər şeyin normal olmasını iddia etmirəm. Elə dövlətlər var ki, oranı idarə edənlər İslamı bayraq edərək bəşəriyyətə qarşı haqsızlıq edirlər. Qızıl və briliyantlar içində yaşayırlar. Dünyada insanlar aclıq çəkən zaman onlar yüksək həyat seçiblər özlərinə. Amma bu o demək deyil ki, İslam belədir. Mən İslam dinini təbliğ edən şeyxlər, ayətullahlar və din xadimlərinin əksərinə qarşı müxalifətəm və hesab edirəm onlar yanlışlıqlar deyirlər. Amma bu İslamın bu cürə olmasına dəlalət etmir.
Qurani Kərim bizim müqəddəs kitabdır. Bizim yaşam tərzimizdir. Onu kimlərsə yandıra bilər. Amma əsla əsla əsla bir müsəlman Xristian və Yəhudilik dininə aid kitabı nəinki yandırmaq, onun vərəqinə belə ziyan vurmarıq. Çünki bizim kitabda Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda (İsa kimi) 23 dəfə gəlmişdir. Həzrəti Məryəm adı çəkilib, Musa Peyğəmbər adı çəkilib və xristian və yəhudi dünyasının qəbul etdiyi bütün peyğəmbərlər ehtiramla Quranda adları çəkilib. Bizim üçün, müsəlmanlar üçün Davud, Süleyman, İsa,Musa peyğəmbərlərdir.Həzrəti Məryəm Peyğəmbər anasıdır. Bizim anamızdır...
Talmudda, Tövratda, Zəburda, Bibliya da bizə Quran qədər əziz və dəyərli kitablardır ...Çünki bütün kitablarda sonuncu dinin İslam, sonuncu Peyğəmbər də Məhəmmədir...
“Bir vaxtlar Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbəri müjdələyən elçisiyəm!” – demişdi”.
Bəli bizim üçün Quranda adı çəkilən Peyğəmbərlər əziz, bütün səmavi kitablar da bir Yasadır...
Ona görə Davud, Süleyman, Musa, İsa və Məhəmməd biz müsəlmanların peyğəmbərlidir..Biz onları daha çox sevirik nəinki onlar...
İndi bir səmavi kitaba toxunmayan, bir səmavi dinin daşıyıcıları olanlara toxunmayan, bir səmavi dinin ibadət yerlərinə toxunmayan biz müsəlmanlar təhlükəliyik yoxsa Onlar ?
Dosent Zaur Əliyev