Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir

Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir


“Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir və mövcud siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyev bildirib ki, Çinlə əlaqələr Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda o da qeyd olunmalıdır ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb. Bütün bunlar heç şübhəsiz ki, qarşılıqlı hörmətin rəmzidir və Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələrinin xalqlarımızın tərəqqisi, rifahı naminə uğurla inkişaf edəcəyinə, güclənəcəyinə güclü əsaslar yaradır”.

Bunu "OLAYLAR"-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu gün Azərbaycan ilə Çin arasında səmərəli əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub:

“Son 30 il ərzində davam edən siyasi münasibətlər iki ölkənin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Azərbaycan ilə Çinin beynəlxalq təşkilatlar çərçivəsində çox yaxşı əməkdaşlığı var. Məsələn, BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası Qarabağ məsələsində Azərbaycana dəstək verir. Çin hər zaman məsələnin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu bəyan edib. Çinin BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvündən biri olmasını və beynəlxalq məsələlərə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacibdir. Onu da əlavə etmək lazımdır ki, Çinin fəaliyyəti qlobal vəziyyətə təsirsiz ötüşmür və bu səbəbdən də dəstək, əməkdaşlıq ilə bağlı rəsmi Pekinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir”.

“Hazırda Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlıq əlaqələri inkişaf edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir və nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurub:

“Bu mənada, Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də Çin ilə əməkdaşlıq etməyə ümid edir. Eyni zamanda, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanda böyük potensial var, Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur və bu səylər də birləşməlidir”.

Mehman
Xəbəri paylaş