Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çinlə Azərbaycan arasında əlaqələr daha da möhkəmlənir

Çinlə Azərbaycan arasında əlaqələr daha da möhkəmlənir


Dünyanın nəhəng dövlətlərindən biri olan Çinin Azərbaycanla həm siyasi, həm də iqtisadi əlaqələrinin genişlənməsi bu dövlətlər arasında qarşılıqlı etimadın və inamın yüksəlişinin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 17-də Çinin CGT N (China Global Television Network) televiziya kanalına müsahibəsi də bu fikirlərin təsdiqidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında dediklərini də xatırtlatdı:“Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandıraraq dedi: “30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

Azərbaycan Respublikası dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Bu inkişaf həm ölkənin, həm də tərəfdaş dövlətlərin bu gününün, sabahlarının iqtisadi sipəridir. Bu, dünya dövlətlərinin etimadı ilə nəticələnib. Ona görə ki, Azərbaycanda kifayət qədər etibarlı müfahizə və müdafiə sistemi mövcuddur. Müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.

İkinci Qarabağ müharibəsi, bu müharibədə Azərbaycan Ordusunun tarixi qələbəsi dünyəvi proseslərin tari¬xi axarına qaytarılmasına, yenilənməsinə, həm iqtisadi, həm də siyasi proseslərin bəşəriliyinin təmin edilməsinə səbəb oldu. Bu Zəfər ona görə dünyəvi dəyərə malikdir. Ölkə başçımız çıxışında dedi:“Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu da eyd etdi ki, Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir.

Ölkə başçımız müsahibənin sonunda Çin iqtisadiyyatının təkcə öz ölkəsi ilə məhdudlaşmadığını, onun qlobal iqtisadiyyata təsiri olduğunu, bir çox analitik təsisatların proqnozlarının Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslandığını, Çin hökumətinin qlobal məsuliyyəti dərk etdiyini də bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinin CGT N(China Global Television Network) televiziya kanalına müsahibəsi təkcə Çin ilə Azərbaycanın münasibətlərinin səviyyəsi haqqında bilgi deyil, həm də dünyəvi siyasətin konturlarının göstəricisidir.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş