Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan enerji təhlükəsizliyin təmin edən ölkədir

Azərbaycan enerji təhlükəsizliyin təmin edən ölkədir


Azərbaycan artıq neçə illərdir ki, öz enerji təhlükəsizliyin təmin etməklə yanaşı neft-qaz məhsullarının ixracı ilə dünya düzənində öz xüsusi təsir yerini müəyyənləşdirib.

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP Laçın rayon təşkilatının sədri İlqar Hüseynov səsləndirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında bu məsələlərə aydınlıq gətirərək bildirdi ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir:

"Təbii qaz ixracımız artır – 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Enerji potensialının səmərəli istifadəsinin vacibliyini vurgulayan ölkə başçısı mövcud imkanları təhlil edib:”Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır”.

Mehman
Xəbəri paylaş