Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsində baş verən yanğında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “Milliyet”ə istinadən xəbər verir ki, yanğın zamanı 3 partlayış səsi eşidilib.
Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb.
Hadisənin başvermə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.