Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turan Rzayev Vardanyan BBC-nin “Hard Talk” proqramında çaşıb bunu etiraf etdi

Turan Rzayev Vardanyan BBC-nin “Hard Talk” proqramında çaşıb bunu etiraf etdi


Erməni milyarder Ruben Vardanyan BBC-nin “Hard Talk” proqramına müsahibə verib. Müsahibə bir çox baxımdan diqqət çəkir.

Belə ki, R.Vardanyan müsahibəsi zamanı ona ünvanlanan bir çox suallara təxribatçı, yalan dolu cavablar verməyə çalışıb, bəzi suallar qarşısında susmaqla kifayətlənib. Bəzi məqamlarda isə özünü ifşa edib.

Misal üçün, müsahibə zamanı diqqətçəkən bir məqam Vardanyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallardan yayınması oldu. Belə ki, “Ukraynadakı hadisələr haqda suala cavab verməkdən yayınaraq yenə də ermənilərin “humanitar fəlakəti” haqqında cəfəng danışmağa başlayıb.

“Hesab edirəm ki, Rusiya, Fransa, ABŞ və ya digər ölkələrin mövqeyinə dair cavabımın nə olmağından asılı olmayaraq bu, beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar. Bunu şərh etmək səhv olardı”, – o deyib.

Vardanyan “beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar” deyərkən əslində özünün kimlərin layihəsi olduğunu da etiraf etmiş oldu. Vardanyanın ortaya qoyduğu bu mövqe onun Rusiyanın, Sərkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasını, Paşinyana müxalif olduğunu bir daha sübut etdi.

Məsələ ondadır ki, Vardanyan istəsə belə Ukrayna müharibəsi fonunda Rusiyanın törətdiyi cinayətləri, ya da işğalçılığı dilə gətirib nəsə deyə bilməz. Yaxşı bilir ki, belə bir addım onun sonu ola bilər.

Rusiya Vardanyandan qərbmeyilli, anti-Rusiya görüşlü Paşinyan hakimiyyətini cəzalandırmaq vasitəsi kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur.

Bu mənada demək olar ki, Vardanyan Qarabağda əbədi qalmayacaq. Qarabağ onun üçün sadəcə tramplin rolu oynayır. Yəni Ermənistan siyasətinə qədəm qoymaq üçün o ilk növbədə özünü doğrultmalı, ciddi nələrsə etməli, daha sonra Paşinyanla açıq mübarizə üçün Ermənistan siyasətinə gəlməlidir.

Prinsip etibarilə Vardanyanın BBC-nin “Hard Talk” proqramına qatılması da yenə Ermənistan ictimaiyyətinə hesablanan bir addım idi. Onun bu tipli müsahibələrini, açıqlamalarını yenidən görə bilərik.

Turan Rzayev-politoloq
Xəbəri paylaş