Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran hər zaman Ermənistan üçün nəfəslik rolunu oynayır

İran hər zaman Ermənistan üçün nəfəslik rolunu oynayır


“Cənub qonşumuz İran Azərbaycanla yaranmış gərginliyi aradan qaldırmaq, Bakı ilə qarşılıqlı-faydalı əməkdaşlığı inkişaf etdirmək görüntüsü yaratsa da, lakin əməldə bunun əksini edir. Hələ də İran bütün norma və prinsipləri, qonşuluq münasibətləri, İslami dəyərləri tapdalayaraq işğalçı Ermənistana qucaq açır, onu himayə edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan və İran xarici siyasət idarəsi rəhbərlərinin görüşünə münasibət bildirərkən səsləndirib. Arzuman Muradlı deyib ki, Tehran Bakı ilə yaranan gərginliyi aradan qaldırıb münasibətləri normallaşdırmaq istəyirsə, o zaman atdıqları addımlarda səmimi olmalıdır:

“Ancaq biz görürük ki, İran Azərbaycana qarşı münasibətdə səmimi deyil. Bir tərəfdən Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyir, digər tərəfdən Tehranla İrəvan qardaşlaşmış şəhərlər elan olunur. Yaxud, bir tərəfdən Azərbaycanla incikliyi aradan qaldırmaq istəyir, digər tərəfdən işğalçı Ermənistanı silahlandırmaqla onu revaşistə meyilləndirir. Eyni zamanda Ermənistana PUA-lar verir. Budurmu səmimiyyət, normal qonşuluq münasibətləri?”.

İctimai Birlik sədri deyib ki, İran heç vaxt Azərbaycana normal qonşuluq münasibətləri prizmasından yanaşmayıb, imkan düşdükcə bizə zərbə vurmağa çalışıb:

“Ərazilərimizin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmasının günahkarlarından biri də məhz İran olub. Çünki İran bu illər ərzində, indinin özündə də Ermənistan üçün nəfəslik rolunu oynayır”.

Mehman
Xəbəri paylaş