Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Bu dövlət qurumlarında elektron xidmətlərin tətbiqi üzrə görülən işlər ən yüksək səviyyədədir”

Jalə Əhmədova: "Bu dövlət qurumlarında elektron xidmətlərin tətbiqi üzrə görülən işlər ən yüksək səviyyədədir”


“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prokurorluq orqanları, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə yüksək səviyyədə göstərdikləri elektron xidmətlərə görə öz təşəkkürümü bildirdim. Belə ki, baxılması üçün göndərdiyimiz hər bir vətəndaş müraciətinə diqqət göstərən və yubatmadan cavablandıran, getdikcə vətəndaşların daha çox etibarını və etimadını qazanan bu dövlət qurumlarında elektron xidmətlərin tətbiqi üzrə görülən işlər ən yüksək səviyyədədir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova parlamentin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili çıxışı zamanı həmçinin vətəndaş müraciətlərində ən çox qabardılan problemləri diqqətə çatdırıb:

“Bölgələrdə işsizliyin aradan qaldırılması üçün ciddi nəzarət mexanizmi tətbiq olunmaqla özəl və dövlət sektorundakı bütün müəssisə və təşkilatların təklif etdikləri vakansiyaların Məşğulluq Mərkəzlərinə verilməsi, müqavilə əsasında müddətdən artıq xidmət edən (MAXE) qadın hərbi qulluqçuların müqavilələrinə xitam verilərkən yaşın nəzərə alınması zəruridir. Yəni müqaviləyə xitam verilərkən qadınların işsizliklə üzləşməmələri üçün onların pensiya yaşının nəzərə alınmasının vacibliyi nəzərə alınmalıdır”.

Jalə Əhmədova MTK-larla bağlı verilən məhkəmə qərarlarının illərlə icra edilməməsi, autizmli uşaqların müalicəsi, sayı getdikcə artan psixoloji mərkəzlərdə psixoloq adı altında çalışan şəxslərin qeyri-peşəkarlığı, turizm sahəsindəki həddindən artıq yüksək qiymətlərin tənzimlənməsi, öhdəliyində azyaşlı və əlil övladları olan tənha anaların üst-üstə düşən məktəb və iş saatları səbəbindən əziyyət çəkməsi və onların iş saatına güzəşt tətbiq edilməsi, autizmli uşaqları olan valideynlərin işlə təminatında onlara üstünlük verilməsi, İnternat və Uşaq evlərində böyüyən kimsəsiz uşaqların sonrakı taleyi və s. məsələləri də diqqətə çatdırıb.

Ruhiyyə
Xəbəri paylaş