Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parlamentin Intizam Komissiyası Erkin Qədirlinin məsələsinə BAXACAQ?

Parlamentin Intizam Komissiyası Erkin Qədirlinin məsələsinə BAXACAQ?


REAL Partiyasının parlamentdə təmsil olunan üzvü, millət vəkili Erkin Qədirlinin qanunverici orqan barədə verdiyi açıqlama, parlamentin demokratik seçkilər əsasında formalaşmasını iddia etməsi haqlı olaraq belə bir sual formalaşdırıb ki, deputatın məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxıla bilərmi?

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədr müavini, millət vəkili Fəzail Ağamalı deyib ki, zərurət yarandığı təqdirdə indiyə qədər baş verən neqativ hallar kimi Erkin Qədirlinin də məsələsinə İntizam Komissiyasında baxıla bilər: "Hadisə dünən baş verib. İntizam Komissiyasında hər hansı bir məsələyə baxmaq üçün müəyyən prosedur qaydaları həyata keçirilməlidir".

Fəzail Ağamalı deyib ki. araşdırmalar nəticəsində hər hansı bir məsələnin İntizam Komissiyasında baxılması məqbul sayılarsa və parlament rəhbərliyi tərəfindən təqdimat olarsa, o halda Komissiya bu və ya digər məsələyə baxa bilər.

Mehman
Xəbəri paylaş