Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblərində “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə start verilib

Paytaxt məktəblərində “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə start verilib


“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

Newscenter.az-ın xəbərinə görə, mrə əsasən, “Heydər Əliyev İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin təhsil müəssisələrində “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda seminarların, “Heydər Əliyev dərsləri”nin təşkili, “Kiçik Akademiya” və “Heydər Əliyev dərsləri”nin iştirakçıları və məzunlarının iştirakı ilə Şəhər elmi konfransının keçirilməsi planlaşdırılıb.

Bundan əlavə, ümumi təhsil müəssisələrinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək, Ulu Öndərin irsinin öyrənilməsi məqsədilə məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunacaq.

R.Mehdiyeva
Xəbəri paylaş