Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi bərpa olunub

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi bərpa olunub


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt layihəsinin tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisinə başlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, yol boyu ilkin olaraq 9 yol qovşağı, 3 avtomobil keçidi və 3 piyada keçidinin tikintisi nəzərdə tutulur.

Bu yolun tikintisi Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrini Mərdəkan - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan -M4 avtomobil yolu ilə Bakı şəhərinə daxil olmadan Bakı - Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla ölkənin qərb zonası ilə nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir. Bununla da paytaxt Bakıya 20 yanvar ərazisindən daxil olan nəqliyyat vasitələrinin sayının təqribən 20-30% azalması nəzərdə tutulur.

Xatırladaq ki, yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin uzunluğu 28 kilometr, yolun hərəkət hissəsinin eni 22,5 metr, ayrıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı 6-dır.



Sevinc
Xəbəri paylaş