Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamda ölümcül gücə malik partlayıcı qurğular aşkarlanıb

Ağdamda ölümcül gücə malik partlayıcı qurğular aşkarlanıb


Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılmış, böyük partlayış gücünə malik improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.

Bu barədə Newscenter.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Belə ki, yol kənarında yerləşən, üzəri torpaqla örtülən təpəciklərin daxilində 1 ədəd 240 mm-lik 9M24F turbo reaktiv raket və 30 dan çox 120 mm-lik minaatan mərmisinin kompakt formada bir-birinə bağlanaraq yerləşdirilməsi faktları qeydə alınıb.

Qeyd edək ki, hər bir 120 mm-lik minaatan mərmisinin tərkibində 3 kq-dan çox partlayıcı maddə olan sursatlar mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

ANAMA-dan bildirilib ki, ANAMA-nın Təmizləmə Qrupları tərəfindən işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam etməkdədir. Təmizləmə əməliyyatları zamanı qarşılaşdığımız bu kimi hallar - xüsusi formaya salınmış partlayıcı qurğular, tələ minaları ölümcül partlayışın baş verməsi məqsədilə düşmən tərəfindən mülki əhaliyə qarşı yönələn terrorun isbatıdır.

ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar.
Xəbəri paylaş