Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan XİN: “Holokost qurbanlarını yad edirik

Azərbaycan XİN: “Holokost qurbanlarını yad edirik


“Bu gün biz bəşər tarixinin ən üsyankar qəddar vəhşiliklərindən birinin - Holokost qurbanlarını yad edir və yas tuturuq".

Newscenter-az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib.

“Biz dini və etnik nifrət, soyqırım və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

On this day, we remember and mourn the victims of one of the most revolting atrocities in the human history - #Holocaust.
We stand united against religious and ethnic hatred, genocide and crimes against humanity. #HolocaustRemembranceDay pic.twitter.com/sgwlnLQBhd

— MFA Azerbaijan (@AzerbaijanMFA) January 27, 2023

Mehman
Xəbəri paylaş