Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu terror aksiyasıdır və məsuliyyət bilavasitə Molla rejiminin üzərinə düşür

Bu terror aksiyasıdır və məsuliyyət bilavasitə Molla rejiminin üzərinə düşür


"İranın Tehran şəhərində Azərbaycan səfirliyinə xaincəsinə təşkil edilmiş hücumu şiddətlə qınayıram. Bu terror aksiyasıdır və məsuliyyət bilavasitə Molla rejiminin üzərinə düşür. Həlak olmuş soydaşımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, İran hadisənin obyektiv, şəffaf araşdırılmasını təmin etməli və Azərbaycanın hüquq mühafizə orqanlarının istintaqda iştirakına şərait yaratmalıdır:

"Əks halda, hüquqi müstəvidə beynəlxalq birlik tərəfindən bu ölkənin rəsmən terroru dəstəkləyən dövlət olaraq tanınması istiqamətində ciddi iş aparmalıyıq".

Mehman
Xəbəri paylaş