Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək yanılır

Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək yanılır


Bütün Hallarda Tehranda baş verən hadisələr görə həm də İran dövləti məsuliyyət daşıyır. Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur:

"İranda da bizim səfirliyimiz yüksək səviyyədə qorunmalı idi. Burada eyni zamanda İranın Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır".

Deputatın sözlərinə görə, əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək yanılır:

"Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirəm".

Mehman
Xəbəri paylaş