Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran bütün mümkün təxribatlardan Azərbaycana qarşı istifadə edir

İran bütün mümkün təxribatlardan Azərbaycana qarşı istifadə edir


Azərbaycanın Tehandakı səfirliyinə qarşı baş verən terror aktı açıq şəkildə onu göstərmiş oldu ki, İran bütün mümkün təxribatlardan Azərbaycana qarşı istifadə edir. Nəzərə almalıyıq ki, bugün baş verən hadisə birinci dəfə.deyil. Bundan öncə də 4 avqust 2022-ci ildə İrana yaxınlığı ilə bilinən «The Mahdi Servants Union» radikal dini qruplaşmasının üzvləri Azərbaycanın Londondakı səfirliyinin binasına hücum edərək qırğın törədiblər. Bu halda da İran mümkün qədər boyun qaçırmağa çalışdı.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov səsləndirib. O daha sonra bunları qeyd edib:

"Onu da qeyd etmək lazımdır ki, hətta 30 avqust 2001-ci ildə Azərbaycanın İrandakı səfirliyinin iki attaşesi Rza İbrahimov və Cəbrayıl Xanlarovun, eləcə də AzərTAc Dövlət İnformasiya Agentliyinin xüsusi müxbiri Üzeyir Kərimovun olduğu avtomobil İranda Rəşt-Ənzəli avtomobil magistralında körpüdən çaya düşüb. Hər üç sərnişin, eləcə də avtomobilin sürücüsü, İran vətəndaşı həlak olub. Və son olaraq bugün baş verənlər. İranın Azərbaycana qarşı tutduğu mövqe həm də terrorçuluqdur".

Mehman
Xəbəri paylaş