Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran yaddan çıxarmamalıdır ki, onun ölkəsində milyonlarla azərbaycanlı yaşayır

İran yaddan çıxarmamalıdır ki, onun ölkəsində milyonlarla azərbaycanlı yaşayır


"Bu gün ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə edilən silahlı terror hücumu nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov qətlə yetirilib, digər iki əməkdaş isə yaralanıb. Əgər həmin terrorçu inzibati binanın girişindən içəri keçsəydi, bu cinayətin qurbanlarının sayı daha çox olacaqdı".

Bu fikirləri Newscenter-az-a Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib Onun sözlərinə görə, Lakin səfirliyimizin təhlükəsizlik xidməti əməkdaşının fədakarlığı və qəhrəmanlığı sayəsində terrorçunun içəri daxil olmasının qarşısı alınıb:

"Qeyd etmək lazımdır ki, Diplomatik Əlaqələr Haqqında Vyana Konvensiyasına görə, hər bir dövlət ölkəsindəki digər ölkələrin səfirliklərinin təhlükəsizliklərinə cababdehdir. Diplomatların oturduğu səfirlik binaları toxunulmazdır".

Deputat daha sonra bunları deyib:

"İran bu terrorun qarşısını almasa da və ya almaq istəməsə də, inanırıq ki, heç olmasa, bu cinayətin təşkilatçılarının, onun arxasında dayananların aşkar edilib cəzalandırılmasını təmin edəcəkdir. Çünki İran dövləti yaddan çıxarmamalıdır ki, onun ölkəsində milyonlarla azərbaycanlı yaşayır".

Ruhiyyə
Xəbəri paylaş